İş adamının ofisindən 300 min manat oğurlanıb

Abşeron rayonunda içərisində külli miqdarda pul olan seyf oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, aprelin 21-də Sumqayıt şəhər sakini, Tofiq Süleymanova məxsus “Su-İstilik Quraşdırma” şirkətinin Masazır qəsəbəsindəki ofisinin qapısı sındırılıb. Ofisdən içərisində 300 min manat olan seyf aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində seyfin Sumqayıt şəhər sakini Qiyas Süleymanov tərəfindən oğurlanması müəyyən edilib. O, yaxalanaraq istintaqa təhvil verilib.