Türkiyənin yeni Konstitutsiyası hazırlanır
Türkiyə Böyük Millət Məclisində ilk dəfə bütövlükdə mülki şəxslər tərəfindən hazırlanan Konstitutsiya üzərində işə başlanılıb. Millət vəkilləri 30 il öncə hərbi rejim tərəfindən tərtib edilən Konstitusiyanın daha sadə sənədlə əvəzlənməsini qarşılarına məqsəd qoyublar. Hazırkı Konstitutsiyaya görə kürdlərdə daxil olmaqla azlıqlar və fərdi azadlıqların məhdudlaşdırılmasına görə iradlar tutulur. Yeni qanun layihəsi üzərində iş ilin sonunədək başa çatmalıdır. İşi aparan çoxpartiyalı parlament komitəsi ictimaiyyəti fikir və təkliflər irəli sürmək üçün həvəsləndirmək məqsədi ilə ölkə boyu görüşlər keçirir.
Yayılan məlumatlara görə, əsasən hazırda əsas məsələni prezidentə veriləcək səlahiyyətlərin genişliyi və etnik azlıqların muxtariyyət mövzusu təşkil edir. Baş nazir Rəcəp Tayyib Ərdoğan hökumət başçısı kimi son müddətini baş vurduqdan sonra prezident kürsüsünə keçmək iddialarını gizlətmir.
azadliq.info


