2001 11 sentyabrda partladılan əkiz qüllələrin yerində Nyu-Yorkun ən uca göydələni tikilib. 30 apreldə 387 metr yüksəklikdə fəhlələr təntənəli şəkildə 101-ci mərtəbənin polad özəyini quraşdırıblar. Yeni bina şəhərin ən uca binası sayılan “Empire State Building”dən 6,4 metr hündürdür. Təntənəli açılışı 11 sentyabrda həlak olanların yaxın qohumları da izləyib.
Ümumdünya Ticarət Mərkəzi-1 adlanan göydələn 104 mərtəbəsi ilə Qərb yarımkürəsinin ən uca binası olacaq. Binanın ümumi hündürlüyü 541 m (1776 fut) ABŞ-ın Müstəqillik aktının qəbul edildiyi tarixi simvolizə edir. Göydələnin dünyanın ən təhlükəsiz binası olacağı nəzərdə tutulur. Burada ofislər, həmçinin 11 sentyabr qurbanlarının xatirə muzeyi yerləşəcək.

azadliq.info


