AXCP sədri Vidadi İsgəndərlini təbrik etdi

Bu gün vicdan məhbusu, 2010 ildə Milli Məclisə seçkilərdə 89 saylı Ağdaş-Göyçay seçki dairəsindən deputatlığa müstəqil namizəd, ölkədə tanınmış hüquq müdafiəçisi, cəsarətli və mübariz ziyalı Vidadi İsgəndərlinin 50 illik yubileyidir.
Bu münasibətlət AXCP sədri Əli Kərimli onu təbrik edib.
Təbrikdə xatırladılır ki, V.İsgəndərli 2010-cu ilin parlament seçkiləri zamanı kəskin çıxışları ilə iqtidar nümayəndələrinin qəzəbinə səbəb olub və ona bu mübarizədən əl cəkmək tövsiyyə edilib. Lakin V.İsgəndərli geri çəkilməyib, hakimiyyət isə saxtakarlıqla onu da  mandatdan məhrum edib. 2011-ci il 2 aprel mitinqində monitorinq aparan hüquq müdafiəçisi saxlanaraq 8 gün, 17 apreldə 15 gün azadlıqdan məhrum edilib, inzibati həbs müddəti başa catdiqdan sonra isə ona qarşı həbs qəti imkan tədbiri seçilib.  
“2011 ilin avqustunda özü seçki komissiyalarının saxtakarlığına qarşı, haqq-ədalət uğrunda mücadilə edən Vidadi İsgəndərli cinayət məcəlləsinin seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının işinə müdaxilə etmə maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Beynəlxalq və yerli təşkilatlar hüquq mudafiəçisinin həbsinin siyasi sifarişli və qərəzli olması barədə coxsaylı bəyanatlar vermişlər. Antidemokratik rejimin mövcud olduğu Azərbaycanda Vidadi bəy kimi vicdanlı insanlar vicdan məhbusu kimi məhbəs həyatı yaşamaqda davam edirlər.
Hörmətli Vidadi bəy, sizi fədakar, qorxmaz, dönməz əqidəli ziyalımızı 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür, uğrunda mücadilə etdiyiniz amallarınızın gerçəkləşməsini, azad vətənimizdə sevdiyiniz işlə məşğul olmanızı, sevdiklərinizin əhatəsində firəvan günlər keçirmənizi, diktaturaya qarşı və demokratiya naminə mübarizə üçün tezliklə sıralarımıza qayıtmanızı arzulayıram. Allah qapınızı açsın!”, – deyə AXCP sədrinin təbrikində bildirilir.
Ukrayna Respublikasının  Xarkov şəhərində hüquq akademiyasını 1989-cu ildə bitirən Vidadi İsgəndərli 1991-ci ilə kimi Nikolayev vilayət prokurorlugunda xususi muhum işlər üzrə müstəntiq işləyib. 1991-2003-cü illərdə isə Azərbaycan respublika prokurorluğunda məsul vəzifələrdə çalışıb. Prokurorluq orqanlarında korrupsiya və rüşvət hallarını kəsgin tənqid etdiyinə görə qərəzli şəkildə işdən azad olunub. 2007-ci ildən “Demokratiyanın Müdafiəsinə Kömək ” İctimai Birliyinin prezidenti, hüquq müdafiəçisidir.