Badamdarda söküntü başladı – FOTO

sumqayit-sokuntu

Proses məmur həbslərilə nəticələnə bilər

Səbail RİH-də yaradılmış işçi qrupu tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların inventarlaşması aparılıb. Araşdırm zamanı müəyyən olunub ki, bu ərazidə, tikilməkdə olan su anbarlarının birbaşa yaxınlığında hektarlarla sahə müxtəlif şəxslər, işbazlar, torpaq alverçiləri tərəfindən saxta sənədlər əsasında zəbt olunub, ərazi hasarlanıb, bir çox yerlərdə qanunsuz tikinti işləri aparılıb. İşçi qrupun apardığı araşdırmaların nəticəsi olaraq RİH tərəfindən burada zəbt olunaraq hasarlanmış torpaq sahələrinin hasarlarının sökülərək ərazinin ilkin vəiyyətə gətirilməsi prossesinə başlanıb.

Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyevin verdiyi məlumata görə, RİH tərəfindən bu işlərə texnika və işçi qüvvəsi cəlb olunub və bir neçə gün ərzində 3,4 ha ərazidəki hasarlar və qanunsuz tikililər sökülərək ərazi təmizlənib. Artıq 6 ha yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin təmizlənərək dövlətə qaytarılması prossesinə başlanıb.

Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar və torpaq alverçiləri tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər əsasında rəsmiləşdirilməyə cəhdlər olunduğu müəyyən olunmuş, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri ilə bağlı materiallar və saxta sənədlər müvafiq tədbirlərin görülməsi məqsədi ilə Prokurorluq orqanlarına göndərilib.

Bəzi məlumatlara görə, bu proses həbslərlə yekunlaşa bilər. Həmin ərazilərdə hansısa vətəndaşın özbaşına ev tikdiyi inandırıcı deyil. Azərbaycan reallığında hətta toyuq hini tikmək üçün bələdiyədən başlayaraq icra hakimiyyətinə qədər instansiyaları keçməlisən.

Bu tikililərin Eldar Əzizovdan əvvəlki icra başçısı, hazırda Nəsimi rayonuna rəhbərlik edən Asəf Əsgərovun dövründə inşa olunması və bu məsələ ilə əlaqədar artıq prokurorluğa müraciət edilməsi onun üçün də başağrısına çevrilə bilər.

 

 

Badamdarda söküntü başladı - Fotolar
Badamdarda söküntü başladı - Fotolar
Badamdarda söküntü başladı - Fotolar
Badamdarda söküntü başladı - Fotolar
Badamdarda söküntü başladı - Fotolar
Badamdarda söküntü başladı - Fotolar