94 il başında güllə gəzdirən 104 yaşında öldü

Amerikalı Uilyam Peys 104 yaşında dünyasını dəyişib. Bəlkə də burada qəribə heç nə olmazdı, əgər Uilyam Peys ömrünün 94 ilini başında qəlpə gəzdirməsəydi. Uilyam Peys Kaliforniya ştatında yerləşən qocalar evində dünyasını dəyişib. ABŞ mediasının xəbərinə görə, 1917-ci ildə Uilyam Peysin böyük qardaşı təsadüfən 22 kalibrli tüfənglə (5,6 milllimetr) onu yaralayıb.
Həkimlər qəlpənin oğlanın həyatına elə bir təhlükə yaratmadığını hesab edərək onu Uilyamın başından çıxarmayıblar. Yaralandıqdan sonra Peysin bir gözü görmə qabiliyyətini itirib. O, həyatının əhəmiyyətli hissəsini qəbirstanlıq gözətçisi kimi işləyib. Uilyam Peysin adı 2006-cı ildə Ginnesin “Rekordlar” kitabına salınıb.