AXCP sədri Əli Kərimli facebook səhifəsində NİDA üzvü, “heykəl məhbusu” Qiyas İbrahimova verilən sərt cəzaya münasibət bildirib:
“Heykəl məhbusu” Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsi rejimin həm də qorxusunu göstərir. Düşünürlər ki, yalnız sərt cəzalarla o heykəlləri qoruya bilərlər. Ancaq yalnız bir müddət belə davam etmək olar. Bu siyasətin heç bir gələcəyi yoxdur. Bu ölkə hər cür bütlərdən təmizlənəcək. Qiyas bəy çox cəsarətlə son sözündə açıq bəyan etdi ki, heykəlin üzərinə şüarı xalqın gözünü açmaq üçün yazıb. Son sözündə bildirdi ki, rejim mənsubları ona bu hərəkətilə özünü dərin bir quyuya saldığını deyib. O isə cavab verib ki, “bəli, bu dərin quyuya girmişəm ki, quyudakı çirkabları təmizləyim, quyunun gözü açılsın, quyudan xalq üçün su çıxsın”. Qiyas bəy haqlıdır. Onun və digər siyasi məhbusların əziyyəti nəticəsiz qalmayacaq, ölkəmiz çirkabdan təmizlənəcək!”