“Rusiya öz məsləhətinə özü əməl etsin”
Latviyanın Avropa Parlamentində təmsil olunan millət vəkili Sandra Kalniyete Rusiya prezidenti Dmitriy Medvedevin Rusiya telekanallarına müsahibəsinə münasibət bildirib. “Postsovet məkanında güc olan Rusiya üçün qonşularına özlərini necə aparmağı öyrətmək xarakterik xüsusiyyətdir. Ümid edirəm ki, Rusiyanı idarə edənlər öz arzularını özlərinə tətbiq edər və verdikləri məsləhətə özləri əməl edərlər”. Millət vəkilinin sitatı Medvedevin Pribaltika ölkələri haqqında “bir zibil çıxarırlar” ifadəsinə verilmiş cavabdır.
Rusiya telekanallarına müsahibəsində 4 illik prezidentliyi müddətində nə üçün bir dəfə belə Pribaltika dövlətlərinə səfər etmədiyinə aydınlıq gətirmişdi. “Mən bir neçə dəfə onlara qonaq getməyə cəhd etmişəm. Elə ki, köməkçilərimə bu haqda göstəriş verirəm, onlar bir zibil çıxarırlar. Adam özünü belə aparmaz”.
azadliq.info


