3 erməni əsgəri öldürülüb

Ermənistanın Müdafiə Nazirliyi 3 hərbçisinin öldürüldüyünü bildirir. Xəbəri Regnum xəbər agentliyi yayıb. Hadisə Azərbaycan-Ermənistan sərhədlərinin kəsişdiyi ərazidə baş verib. Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, bugün səhər 4:15 radələrində hərbçilərin hərəkət etdiyi “VAZ 2107” markalı avtomobil atəşə tutulub. Müqavilə əsasında xidmət keçən iki hərbçi yerindəcə həlak olub. Digəri xəstəxanaya çatdırıldıqda ölüb. Ermənistan XİN-i faktıa bağlı ATƏT-in region üzrə təmsilçisi Ancey Kaspişikə müraciət edib.

azadlıq.info