İlhamə Quliyeva Flora Kərimovadan üzr istəməli oldu

Bu barədə məhkəmə qərar çıxarıb

Uzun sürən məhkəmə prosesləri iki xalq artisti arasında münasibətləri nəhayət ki, aydınlaşdıra bildi. “Publika.az”ın məlumatına görə, ATV kanalında Nanə Ağamalıyevanın aparıcısı olduğu proqramda Ilhamə Quliyevanın Flora Kərimovanın ünvanına təhqirlərə yol verdiyi məhkəmə tərəfindən təsdiqlənib.
Flora Kərimovanın nümayəndəsi Xalid Bağırovun verdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsi onların xeyrinə qərar çıxarıb. Qərara görə, Ilhamə Quliyeva Flora Kərimovadan üzr istəməli olacaq.
Flora Kərimova Yasamal Rayon Məhkəməsinə şərəf və ləyaqətin müdafiəsi tələbi ilə müraciət etmişdi.