Milli ordunun zabiti həlak oldu

Ermənistan Silahlı Birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub. APA-nın məlumatına görə, hadisə dünən axşam cəbhənin Ağdam istiqamətində qeydə alınıb. Milli Ordunun leytenantı, 24 yaşlı Vaqif Zakir oğlu Abdullayev düşmən gülləsinə tuş gəlib. Nəticədə zabit aldığı güllə yarasından dünyasını dəyişib.

V. Abdullayev Xızı rayonundan hərbi xidmətə çağırılıb.