Fazil Məmmədovun qohumu Binəqədiyə başçısı təyin olundu

Ölkə başçısı İlham Əliyev aprelin 26-da Binəqədi rayonuna icra başçı təyin olunması haqda sərəncam verib. Sərəncama əsasən Xaləddin Şahmar oğlu İsgəndərov rayonun yeni icra başçısı olub.
Xatırladaq ki, Binəqədi İcra Hakimiyyətinin əvvəlki başçısı Alı Qocayev ötən həftə vəzifəsindən azad edilərək Samux rayonuna eyni vəzifəyə göndərilib.
Binəqədinin yeni icra başçısı Xaləddin İsgəndərov bna qədər Bakı şәhәri Vergilәr Departamenti rəisinin 1-ci müavini olub və “qafqazinfo”nun verdiyi xəbərə görə, vergilər naziri Fazil Məmmədovun yaxın qohumu, bacısının həyat yoldaşıdır.