Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən Faiq Əmirlinin şikayəti təmin edilməyib və o, həbsdə qalıb.