BMT-nin Syera-Leone üzrə xüsusi məhkəməsi Liberayanın keçmiş prezidenti Çarlez Teyloru insanlığa qarşı bütün hərbi cinayətlərdə günahkar bilib. Teylor Beynəlxalq Məhkəmənin mühakimə etdiyi ilk Afrika lideridir. O, kütləvi qətliamda, Syera-Leonedə vətəndaş müharibəsi dövründə uşaqların muzdlu əsgər kimi cəlb edilməsində, həmçinin qiyamçılara silah verməkdə günahkar bilinir. Qiyamçılara silah tədarük etməklə, Syera-Leonedə çıxarılan almazların biznesi ilə məşğul olurmuş.
Prezidentə ittiham hökmü növbəti məhkəmədə oxunacaq. Syera-Leonedə vətəndaş müharibəsi 1991-ci ildə 2002-ci ilədək davam edib. Münaqişədə 100 min nəfər həlak olub.
azadliq.info