Səddamın tüfəngi İraqda siyasi böhrana yol açıb. İraq prezidenti Təlabani Səddam Hüseynin daim əlində gəzdirdiyi tüfəngi Küveyt Əmirinin oğluna hədiyyə etməsi İraqda mübahisələrə səbəb olub. Sünnilər “İraq xalqının mirası satılıq deyil” – deyə sərt reaksiya veriblər. “Əl-İraqiyə” siyasi blokunun katibi Aliyə Nisaif tüfəngin İraq xalqına aid olduğunu bildirərək, bunun heç kəsə hədiyyə verilə bilməyəcəyini bildirib.
Küveyt Əmirinə bağışlanan tüfəng Səddam rejimi devrildikdən sonra müsadirə edilmişdi. Səddam Hüseynin şəxsi tapançası isə amerikan əsgərləri tərfindən Corc Buşa hədiyyə edilmişdi.
azadliq.info