AXCP Nərimanov rayon şöbəsinin fəalı Babək Həsənov təxribatla üzləşib. Babək Həsənovun “Azadlıq.info”ya verdiyi məlumata görə, buna səbəb onun və qardaşı, AXCP Suraxanı rayon şöbəsinin sədri Bəhruz Həsənovun partiyada və feysbukdakı fəallığıdır: “Surxanı rayon Polis İdarəsi AXCP Suraxanı şəbəsinin fəallarını partiyadan uzaqlaşdırmaq üçün çirkin kampaniyaya başlayıb. Şöbənin fəalı Elşən Cəfərova təzyiq göstərmək üçün onun atası Ələddin Cəfərov, kiçik qardaşı Vəli Cəfərov məcburi şəkildə Suraxanı Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilib. Polis onları təhdid edərək Elşən Cəfərovun AXCP-dən uzaqlaşmasını tələb ediblər. Bu məlumatı qardaşım Bəhruz Həsənov feysbukda yazıb. Bu gün saat 13.02-də isə Ələddin Cəfərov 070 511 21 20 nömrəsindən mənə zəng edərək bildirib ki, əgər Bəhruz bu statusu silməsə, polisə məndən şikayət edəcək. Deyəcək ki, mən maşında bıcağı onun boğazına dirəyib pul istəmişəm. Ona bildirdim ki, istəsə Ramil Usubova da şikayət edə bilər. Bundan sonra telefonumu söndürdüm”.

AXCP fəalına qarşı təxribat
•
•