Bu gün Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib. İlk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib.
Turnirin son qalibi “Real” Madriddə “Legiya”nı (Polşa) qəbul edib.
“Yuventus” səfərdə “Lion”un, “Sevilya” isə Zaqreb “Dinamo”sunun qonağı olub.
E qrupu
MOİK (Moskva, Rusiya) – “Monako” (Fransa) 1:1
Qollar: Traore, 34 (1:0), Silva, 87 (1:1)
“Bayer” (Almaniya) – “Tottenhem” (İngiltərə) 0:0
F qrupu
“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) 1:2
Qollar: Aubameyanq, 9 (0:1), Veiql, 43 (0:2), Sezar, 67 (1:2)
“Real” (Madrid, İspaniya) – “Legiya” (Polşa) 5:1
Qollar: Beyl, 16 (1:0), Jodlovieç, 20-avtoqol (2:0), Radoviç, 22-pen (2:1), Asensio, 37 (3:1), Lukas, 68 (4:1), Morata, 84 (5:1)
G qrupu
“Lester” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 1:0
Qol: Marez, 40 (1:0)
“Brügge” (Belçika) – “Porto” (Portuqaliya) 1:2
Qollar: Vossen, 12 (1:0), Layun, 68 (1:1), Silva, 90+1-pen (1:2)
H qrupu
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Sevilya” (İspaniya) 0:1
Qol: Nəsri, 37 (0:1)
“Lion” (Fransa) – “Yuventus” (İtaliya) 0:1
Qol: Kuadrado, 76 (0:1)
Qırmızı vərəqə: Lemina, 54 (“Yuventus”)
Qeyd edək ki, turun digər 8 qarşılaşması sabah keçiriləcək.