Suriyada qətliam davam edir: 60 ölü

BMT-nin Suriyada müşahidəçi qrupunun olmasına baxmayaraq, 60 nəfərin öldürüldüyü xəbəri verilir. Suriya müxalifəti 28 nəfər Homs şəhərində olmaqla, 60 nəfərin öldüyünü bildirib. Homsda öldürülənlər pulemyot atəşinin açılması nəticəsində qətlə yetirilb.

BMT-in Suriyadakı müşahidəçi qrupu isə baş verən hadisələr haqda hər gün Kofi Annana hesabat verdiyini bildirib. Avropa Birliyi Suriyaya tətbiq edilən sanksiyaları artırıb. AB ölkələrinin Lüksemburqda xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdə yeni sanksiyalar qəbul edilib. Lüks malların satışına qadağa qoymaqla bərabər, bu ölkəyə hərbi və  mülki məqsədlərdə istifadə olunan texnologiyaların satışına da qadağa qoyulub.

azadliq.info