Sabah Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsində cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, İspaniyada keçiriləcək matçlar böyük maraqla gözlənilir. Finalda görüşmələri səbirsizliklə gözlənilən “Barselona” ilə “Real” səfərdəki oyunlarında uduzduqlarından, cavab matçlarında bunun əvəzini çıxmalıdır. Bu mənada İspaniya çempionluğunun bir addımlığında olan madridlilərin işi bir qədər asandır. Belə ki, “Real”a səfərdə qol vurduğundan, finala çıxmaq üçün 1:0 hesablı qələbə də yetərlidir. “Barsa” isə bu hesabla qalib gələrsə, əlavə vaxta ehtiyac olacaq. Üstəlik, bu komanda ötən şənbə evdə “Real”a uduzaraq, çempionluq şansını itirdiyindən, ruh düşkünlüyünü aradan qaldırıb, bunun əvəzini finala vəsiqə ilə çıxmalıdır.
“Bavariya” final Münhendəki stadionunda keçiriləcəyindən, orada oynamaq üçün əlindən gələni edəcək. Elə uzun fasilədən sonra ora can atan, yarımfinal iştirakçıları arasında ÇL-nin qalibi olmayan yeganə komanda “Çelsi” mərhələ keçmək üçün ona sərf edən istənilən bərabərliyə imza atmağa çalışacaq.
24 aprel
23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə)
25 aprel
23:45. “Real” (İspaniya) – “Bavariya” (Almaniya)