AXCP sədri Əli Kərimli Facebook Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutunun araşdırmasına münasibət bildirib:
“23 illik analoqsuz idarəetmənin nəticəsi çox faciəvidir. Xalqımızın 163 min nəfərdən çoxu xroniki aclıq çəkir. Genefondumuz da məhv edilir. 5 yaşdan aşağı uşaqların təqribən 177 min nəfəri (21%) normal böyüyə bilmir, boyuna görə çəki azlığı və ya yaşına görə inkişaf ləngliyindən əziyyət çəkir. Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutunun araşdırmasında belə deyilir (link şərhdə). Yeri gəlmişkən, AzTV bizi inandırmışdı ki, ermənilər acından ölür. Bu beynəlxalq araşdırma göstərir ki, xroniki aclıq çəkənlər təəssüf ki, bizim ölkəmizdə Ermənistanda olduğundan da çoxdur. 150 milyard dollar neft pullarına və bir də puç olan real insan həyatlarına heyf…”