“Microsoft”un saytını dağıdan xaker tozdan öldü

Səudiyyə Ərəbistanında Cyber Terrorist ləqəbli 28 yaşlı xaker vəfat edib. Onun ölümü haqda BƏR-in “Al Bayan” qəzeti xəbər yayıb. Məlumata görə, kiberterroristin “uğur”ları sırasına “Microsoft” şirkətinin, “Kaspersky.ru” saytının və bir çox yəhudi və İsrail saytlarının dağıdılması daxildir. Bundan başqa səudiyyəli xaker Məhəmməd peyğəmbərin karikaturasını çəkərək müsəlmanları təhqir etmiş Kurt Vesterqardın şəxsi saytını sındırıb.

Dostları onu “islamın və peyğəmbərin mühafizəsində dayanan şəxs” kimi xarakterizə edirlər. Ona hətta yüksək maaşlı firmada iş də təklif ediblər. Ancaq firmanın yəhudilərə aid olduğunu biləndə imtina edib.

Xakerin ölümünə qum fırtınası səbəb olub. Ağır astmadan əziyyət çəkən gənc fırtınanın gətirdiyi toz nəticəsində həyatını itirib.

azadliq.info