“Azərbaycan Saatı”na maraq artır

Proqram “Amerikanın Səsi” radiosunun saytında da yayımlanır

“Kanal Avropa”da yayımlanan “Azərbaycan Saatı” proqramına maraq artmaqdadır. Proqramın müəllifi, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahiddən aldığımız məlumata görə, sayca 6-cı buraxılışı olacaq “Azərbaycan Saatı” ilə bağlı Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən dəstək mesajları, eləcə də təklif və müraciətlər alırlar. Q.Zahid tamaşaçılardan bir sıra maraqlı mövzu ideyaları da daxil olur.
Bundan başqa, Q.Zahid bildirib ki, “Azərbaycan Saatı” ötən buraxılışından etibarən efirə verildiyi 1 saat ərzində “Amerikanın Səsi” radiosunun internet səhifəsində də yerləşdirilir.
Q.Zahid proqramı inkişaf etdirmək və ona marağı daha da artırmaq üçün bəzi planlarının olduğunu da sözlərinə əlavə edib.
Xatırladaq ki, “Azərbaycan Saatı” proqramınıın növbəti buraxılışı aprelin 24-də Bakı vaxtı ilə saat 21:00-da efirə çıxacaq.

“Azərbaycan Saatı”nı izləmək üçün:

Kanalın yayım tezliyi: Türksat 12 562 25 000 5/6V

İnternet ünvanı: http://www.kanalavrupa.tv/pages/live/big.html

Verilişi “Azadlıq” qəzetinin saytından da – www.azadliq.info – izləyə bilərsiniz.