Mənşəyi məlum olmayan xəstəlikdən 19 nəfər ölüb
Vyetnam höküməti 19 nəfərin ölümünə səbəb olmuş naməlum xəstəliklə bağlı dünya ictimaiyyətinə müraciət etməyə hazırlaşır. Mənşəyi haqqında heç nə məlum olmayan xəstəlik Vyetnamın Kuanqnqay vilayətindən yayılmağa başlayıb. Xəstəliyin simptomları artıq 170 nəfərdə aşkarlanıb.
Fəsadlar böyrək fəaliyyətinin pozulması, daxili orqanların zədələnməsi ilə özünü biruzə verir. İlk dəfə bu xəstəliyin simptomları 2011-ci ildə görülmüşdü. Amma o zaman epidemiyanın qarşısı alınmışdı. Xəstəlik tez aşkar ediləndə onun qarşısını almaq olur, amma gec aşkarlananda ölümlə nəticələnir. Vyetnam KİV-ləri hesab edir ki, xəstəlik kimyəvi maddələrlə bağlıdır. Hökümət epidemiyanın qarşısını almaq üçün Ümumdünya Sağlamlıq Təşkilatına və Amerikanın sağlamlıq təşkilatlarına müraciət edib.
azadliq.info