Almaniyada həftənin qəhrəmanı bir türk

20 gənci xilas edən Türker Baloğlu qəhrəman elan edildi

Almaniyanın Ştutqart şəhəri yaxınlığında qəzaya uğrayan avtobusdan 20 gənci xilas edən türk mənşəli Türker Baloğlu qəhrəman elan edildi. Almaniyanın “Bild am Sonntag” qəzeti “Həftənin qəhrəmanı 20 gənci avtobus qəzasından xilas etdi” başlığı ilə verdiyi məqalədə türk vətəndaşın səfər zamanı 18-22 yaşlı gənclər qrupuna rəhbər təyin edildiyini yazıb.

Səfər zamanı özündən gedən şoferin yerinə keçən Baloğlu əyləcin arxasına keçə bilib. Vəziyyəti itirən avtobusun qarşıda gedən yük maşınına dəydiyi bildirilir. Şoferi kabinədən çıxaran türk vətəndaş maşını yol kənarında saxlaya bilib. 3 nəfər yügül yaralanıb. Hadisəyə vaxtında reaksiya verilməsəydi, ölənlərin sayı çox ola bilərdi.

azadliq.info