İran ABŞ texnologiyasını deşifrə etdi

Fars Xəbər Agentliyinin məlumatına görə, İranın Kosmos Qoşunları generalı Hacızadə 2011-ci ilin dekabrında ələ keçirilən Amerikanın RQ-170 tipli pilotsuz kəşfiyyat təyyarəsinin bütün kodlarını deşifrə etdiklərini bildirib. Pilotsuz təyyarənin daha 4 kodunu deşifrə etdiklərini bildirən Hacızadə bu haqda ətraflı məlumat verə bilməyəcəyini deyib.

RQ-170 tipli pilotsuz təyyarənin ABŞ, Əfqanıstan və Pakistanda apardığı kəşfiyyat məlumatları öyrənilib. Generalın sözlərinə görə, ABŞ-ın son 50 ildə təyyarə texnolgiyasına aid biliklər bu təyyarənin konstruksiyasında toplanıb. İran tərəfi artıq bu təyyarənin prototipini hazırlamağa başlayıb.

azadliq.info