«Ağrılarının kəskin olması qabırğasının sınması ilə bağlıdır»
“Jurnalist Idrak Abbasovun vəziyyətində yaxşılaşma qeydə alınır, durumu kafidir. Bütün müayinələrdən keçirilib”. Bunu, həkim Almazxan Zeynalov “Turan”a açıqlamasında bildirib.
Həkim jurnalıstin kəskin ağrılardan əziyyət çəkməsinə də münasibət bildirib: “Idrak Abbasovun iki qabırğasında sınıq (çat) var və beyin silkələnməsi olub. Baş ağrıları və kəskin ağrılar bununla bağlıdır”.