Sabirabaddan Bakıya yürüş ola bilər
“Bizi döyməklə, adamları tutmaqla Minabşının problemləri həll olmayacaq. Dövlət bizə diqqət ayırmalıdır, yoxsa, məsəl var – ac qılınca çapar, bir gün bu camaat ölümü gözünə alıb Bakıya tökülüşəcək”. Minbaşı kəndində keçən həftə sosial tələblərlə etiraz aksiyasına qalxanlardan biri (təhlükəzislik üçün adını yazmırıq) “Azadlıq” a belə deyib. Onun sözlərinə görə, Oqtay Güləliyev və 3 həmkndililərinin həbsindın sonra camaat çaşqınlıq içindədirlər. Əhali “Çar Baba yaxşıdır” mifinin sınmasından qəzəb və məyusluğa qərq olub. Onlar qabaq problemlərinin lokal məmur özbaşınalığından qaynaqlandığını düşünsələr də, indi tam əmin olurlar ki, yaşadıqları ölkdəki siyasətlə bağlıdır.
Verilən məlumatda bildirilir ki, Minbaşı və onun ətrafındakı kənd sakinləri öz etirazlarını bildirmək üçün sabah İctimai Palatanın keçirəcəyi aksiyaya qatılmaq niyyətindədirlər.
Natiq