ABŞ İranı raketlərlə mühasirəyə alıb

ABŞ İran sahillərində 430 “Tomahawk” qanadlı raketləri yerləşdirib. Həmin raketlər 1.6 min km uzaqməsafəli raketlərdir. ABŞ Hərbi Dəniz Qüvvələrinin informasiya mərkəzinin açıqlamalarına görə, hazırda Fars körfəzində “İnterprise” təyyarədaşıyan gəmisi saxlanılır. Bundan başqa, içərisində “Tomahawk” raketlərinin olduğu “Abraham Lincoln” hərbi gəmisi də Ərəb dənizinin şimal sahillərindədir.

Bölgədə 154 qanadlı raketlə yanaşı “Georgia” hücumedici atom sualtı gəmisi, tərkibində amfibiyo-desant gəmi və göyərtəsində 12 “Tomahawk” raketlər olan atom sualtı qayığı yerləşdirilib. Ekspertlərin sözlərinə görə, hərbi əməliyyatlar keçiriləcəyi təqdirdə bu raketlər İranın Raket Əleyhinə Müdafiə sistemini və hərbi aerodromlarını sıradan çıxarmağa kifayət edir.

İnformasiya şöbəsi