BMT-nin Suriyada müxalifət və hökümət qüvvələri arasında toqquşmaların dayandırılmasına nəzarət edəcək müşahidəçi qrupu Suriyanın Homs şəhərinə gəlib. Bu haqda Suriyanın SANA agentliyi xəbər verir. 15 apreldə Suriyaya birinci müşahidəçi qrupu gəlmişdi. Yaxın zamanda vəziyyətə nəzarət edəcək müşahidəçilərin sayı 300-ə çatacaq.
Münaqişənin dayandırılması üçün Annan planı qəbul edilsə də, Bəşər Əsədin qoşunları mülki əhaliyə atəş açmaqda davam edir. Bu vaxtacan həlak olanların sayı 9000-i keçib.
azadliq.info