Gənclər 22 aprel mitinqinə səsləyir

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi 22 aprel mitinqi ilə bağlı müraciət yayıb. Müraciətdə deyilir:
Ölkədə baş verən haqsızlıqlar, korrupsiya halları, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməməsi, insanların ifadə azadlıqlarına görə təqib və həbs olunması, mülkiyyət hüququnun tez – tez pozulması və bu kimi başqa problemlər bütün ölkə vətəndaşlarını narahat edir.
Aprelin 22-də İctimai Palata ölkədəki əsas sosial-siyasi
problemlərin həll edilməsi ilə bağlı 20-ci sahədə yerləşən sürücülük məktəbinin stadionunda mitinq keçirəcək. Mitinqin əsas tələbləri “Sərbəst toplaşma azadlığı”, “Vicdan məhbuslarına azadlıq”, “Yeni parlament seçkiləri keçirilməsi”, “Əmlak hüququnun pozulmasına son qoyulması”, “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi” və
“Əmanətlərin ədalətli qaytaraılması” olacaq.
Bu tələblərin bəziləri martın 17-də gənclərin “Gələcək Naminə”
mitinqində də səslənib.
22 aprel mitinqinin tələbləri ümummilli problemlərlə bağlı olduğu üçün biz Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olaraq Azərbaycan
gəncliyini bu mitinqə dəstək verməyə, vahid tələblər arxasında, vahid güc şəklində birləşməyə çağırırıq.
Mitinqin keçiriləcəyi yer, vaxt və tələblər  Bakı Şəhər İcra
Hakimiyyəti ilə razılaşdırıldığı üçün mitinqə gələnlərin təhlükəsizliyi ilə bağlı heç bir narahatlıq olmayacaq.