9 xarici KIV nümayəndəsi «Azadlıq»ın rəhbərliyi ilə görüşüb

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev dünən Almaniya, Isveçrə və Avstriya mediasını təmsil edən 9 jurnalistlə görüşüb.
Qarşı tərəfin təşəbbüsü ilə baş tutan görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, söz mətbuat azadlığı sahəsində problemlər müzakirə olunub. Hakimiyyətin mətbuat azadlığına münasibəti, jurnalistlərə qarşı təzyiqlərlə də bağlı fikir mübadiləsi aparılıb: “Əcnəbi jurnalistlər ”Azadlıq” qəzetinin keçdiyi yola, hazırda ölkənin ictimai-siyasi həyatında oynadığı rola xüsusi maraq göstərirdilər və bununla bağlı suallar ünvanladılar. Azərbaycan-Avropa Birliyi münasibətlərinin inkişaf perspektivləri də onları maraqlandıran məsələlərdən biri idi”.