Ictimai Palatanın 22 aprel mitinqinə hazırlıq işləri başa çatıb. Artıq mitinqdə iştirak edəcək bütün partiyalar aksiyaya hazırdır. Bu dəfəki aksiyanın 8 aprel mitinqindən daha izdihamlı keçəcəyi gözlənilir. Bundan başqa 22 aprel aksiyası beynəlxalq aləmin də diqqətindədir. Mitinq ərəfəsində ölkəyə xarici media nümayəndələrinin axışması belə deməyə əsas verir. Artıq Almaniya və Avstriyanın 10-a yaxın media quruluşunun nümayəndəsi Bakıdadır. Bundan başqa digər Avropa ölkələrinin də nüfuzlu qəzet və telekanallarının aksiyanı izləcəyi barədə məlumatlar var.
İctimai Palata beynəlxalq medianın diqqətində
•
•