Eldar Namazova ağır itki üz verib

Aprel 20-i tanınmış politoloq, Ziyalılar Formunun üzvü Eldar Namazova ağır itki üz verib. Axşam saatlarında E.Namazovun anası Qəmər xanım rəhmətə gedib.

Bu barədə “musavat.com” mərhumənin yaxınlarına istinadla məlumat yayıb. Mərhumə Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.

“Azadlıq” qəzetinin kollektivi Eldar Namazova anasının vəfatı ilə bağlı dərin hüzünlə baş sağlığı verir.
Allah Rəhmət eləsin!