Bakıda avtobus yük maşını ilə toqquşdu: ölənlər və yaralananlar var

Bu gün saat 16:10 radələrində Bakı şəhərinin Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sədərək Ticarət Mərkəzinin yaxınlığında, “Mercedes” markalı avtobus ilə “KaMAZ” markalı yük maşını toqquşub. Nəticədə bir neçə nəfər ölüb. Xeyli insan xəsarət alıb. Hadisə yerində araşdırmalar aparılır.