Pentaqon şefi Suriyaya müdaxilədən danışdı

“Suriyada baş verənlərin Türkiyəyə birbaşa təhdid meydana gətirdiyinin dəqiq ortaya qoyulması lazımdır”

ABŞ-ın müdafiə naziri Leon Panetta Suriyadakı böhranın aradan qaldırılması məqsədiylə bu ölkəyə yönəlik hərbi müdaxilə variantına əl atılması üçün yetərli dəlilin toplanmalı olduğunu bildirib. Pentaqon rəhbəri Türkiyə üçün NATO-nun 5-ci maddəsinin işlədilməsi ehtimalıyla bağlı “Suriyada baş verənlərin Türkiyəyə birbaşa təhdid meydana gətirdiyinin dəqiq ortaya qoyulması lazımdır” deyib.

Panetta Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsində keçirilən dinləmədə millət vəkillərinin suallarını cavablandırarkən ABŞ-ın ancaq beynəlxalq birliyin konsensusa gələməsi şərtiylə Suriyaya hərbi müdaxilə edə biləcəyini vurğulayıb. Nazir millət vəkillərinə üzünü tutaraq “heç narahat olmayın. Əsəd rejimi devriləcək” söyləyib.