Müsabiqənin yerli sponsorları ailəyə məxsus şirkətlərdir
Xəbər verildiyi kimi Bakıda keçiriləcək “Eurovision-2012″ Mahnı Müsabiqəsinin yerli sponsorlarınn adı açıqlanıb. Eurovision.az saytı məlumat yayıb ki, müsabiqənin yerli sponsorları ”Gilan Holdinq”, “Kapital Bank” və “SilkWay” Hava Yolları olacaq.
Məlumat üçün deyək ki, müsabiqənin baş sponsoru “Azercell” şirkəti, beynəlxalq sponsorlar isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və “Swarzkopf” şirkətidir.
Müsabiqənin yerli sponsorları – “Kapital Bank” və “SilkWay” Hava Yolları hakim ailə məxsusdur. “Gilan Holdinq”ə gəlincə, bu şirkətlər qrupunun sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Lakin bu günlərdə yayılan məlumatlara görə, artıq “Gilan Holdinq” “fövqəlnazir”dən alınıb. Indi bu şirkətlər qrupunun hakim ailənin sərvətinə daxil olduğu bildirilir. Beləliklə də göründüyü kimi “Eurovision”a sponsorluq da hakim ailə tərəfindən monopoliyaya alınıb. Bu əlbəttə ki, adıçəkilən şirkətlərin dünyaya tanıdılması məqsədi daşıyır. Digər şirkətlərə ilə bu şans tanınmır. Hətta ailəyə yaxın məmurların sahib olduqları şirkətlərə belə, sponsorluq etmək icazəsi verilməyib. Misal olaraq nəqliyyat naziri Ziya Məmmədova məxsus “ZQAN Holdinq”i göstərmək kifayətdir.
Informasiya şöbəsi