«Qarabağ» vicdan məhbuslarına azadlıq tələb edir

“Ümid” və ADP-nin daxil olduğu “Qarabağ” bloku ölkə hakimiyyətini 2 aprel 2011-ci il mitinqi ilə əlaqədar həbs edilmiş müxalifət fəallarını azad etməyə çağırıb.
Blokun iclasında hökumətin bu günlərdəki iclasında ölkənin sosial-iqtisadi vəziyyətilə bağlı səslənən rəqəmlər piar adlandırılıb və bu rəqəmlərin ölkədəki real sosial-iqtisadi vəziyyəti əks etdirmədiyi vurğulanıb. Blok üzvləri təhsil və səhiyyə işçilərinin orta aylıq əmək haqqının 150 manatdan artıq olmadığını, təqaüdlərin aylıq istehlak zənbilinə uyğun gəlmədiyini, ölkədə aparılan abadlıq işlərinin əsas məqsədinin büdcə vəsaitlərinin mənimsənilməsi olduğunu qeyd edərək, hökumətin fəaliyyəti nəticəsində insanların sosial rifah halının yaxşılaşmadığını bildiriblər(Turan).