Büdcə ilə ölkə iqtisadiyyatı arasında məntiqi əlaqə yoxdur

nemet-eliyev1Nemət Əliyev: “Doğrudan da, ölkə iqtisadiyyatında artım baş verəcəksə, dövlətin büdcəsi nə üçün kiçilməlidir?”.

Hökumət deyir ki, gələn il iqtisadiyyat 1% böyüyəcək. Hətta 7,3% bahalaşma olacağını, gəlirlərin artacağını da deyirlər. Belə olacaqsa, bəs nə üçün gələn ilin büdcə gəlirləri 5,2% azaldılır?
Axı dövlətin büdcəsi kiçiləcəksə, iqtisadiyyatın artacağına kimi inandırmaq olar? Doğrudan da, ölkə iqtisadiyyatında artım baş verəcəksə, dövlətin büdcəsi nə üçün kiçilməlidir? Hanı burada məntiq?

Hətta bir az da irəli gedərək yazırlar ki, gələn ilin büdcəsində neftin barel qiyməti 40 dollardan hesablanacaq, yəni qiymət 60% (15 dollar) artacaq. Elə olacaqsa, bəs nə üçün büdcədə investisiya xərcləri artmaq əvəzinə 38% azaldılır? Qiymət hesabına yaranacaq o “unikal imkan”dan investisiyaların artırılması üçün niyə istifadə edilmir?

Qısası, büdcə layihəsində çox məsələlər dolaşığa düşüb. Çıxarılan nəticə budur ki, gələn il 1% iqtisadi artıma da ümid yoxdur.