İraqda 6 şəhərdə təxminən eyni zamanda baş verən partlayışlar zamanı ən az 35 nəfərin öldüyü, 100 nəfərin yaralandığı xəbəri verilir. 4 saat yarım ərzində paytaxt Bağdad, Bakuba, Kərkük, Samarra, Dibis və Taci şəhərlərində partlayışlar baş verib. Hücumların əsas hədəfi təhlükəsizlik qüvvələri olub. Partlayışlar əsasən şiə məhəllələrində olub. İraqın Səhiyyə naziri Məcid Hamad Aminin partlayan bombadan son anda qurtulduğu bildirilir. Bundan əvvəl 20 mart tarixində baş verən partlayışda 45 nəfər ölmüşdü.
azadliq.info