Gənc müğənni Şölə Səfərəliyeva öz fotolarına heyran olub (FOTO)

Gənc müğənni Şölə Səfərəliyeva yeni fotosessiya etdirib.

Gün.Az xəbər verir ki, müğənni özü də yeni şəkillərinə heyran olub.

Müğənni sözləri və musiqisi V.Hikmətə aid olan “Xəbəri yox” mahnısına klip çəkdirir.

Klipin rejissoru E.Axundovun qurduğu süjetə əsasən, final hamı üçün suallarla dolu qalmalıdır. Klipdə müğənninin tərəf-müqabili aktyor Elxan Rzanın olduğu xəbər verilsə də, son anda aktyorun gərgin iş qrafiki buna imkan verməyib.

Şölənin “Günah” serialının baş qəhrəmanı Tural Əhmədlə çəkiləcəyi müəyyənləşdirilib.

Gün.Az