Eldar Əzizov Sumqayıtın simvolunu sökür

Icra başçısı «Göyərçin» abidəsinin yerində bayraq meydanı tikmək istəyir

Sumqayıtın icra başçısı Eldar Əzizov şəhərin simvollarında biri sayılan və dənizkənarı parkda yerləşən “Göyərçin” abidəsini sökmək istəyir.
Bu barədə “AzeriNews”a şəhər icra hakmiyyətindəki mənbələrdən məlumat daxil olub. Məlumata görə, söküləcək abidənin yerində bayaraq meyadanı inşa ediləcək. Hazırda bu istiqamətdə bir sıra tədbirlər görülməkdədir. Artıq “Göyərçin” abidəsinin ətrafında yerləşən obyektlərin söküləcəyi barədə sahibkarlara xəbərdarlıq edilib.
Qeyd edək ki, Sumqayıt şəhərinin simvoluna çevrilmiş “Göyərçin” monumental abidəsi 1970-ci ildə heykəltəraşlar Vaqif Nəzirov və Asim Quliyev tərəfindən şəhərin dənizkənarı parkında ucaldılıb. Alçaq səthi postament üzərində yerləşdirilmiş göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşmış vəziyyətdə təsvir olunub.  Sülh quşu olan göyərçin heykəli xalqların dostluq və mehribanlığını tərənnüm etmək üçün ucaldılıb.