Pərviz Həşimli Brigget Buşetlə insan hüquqları sahəsində vəziyyəti müzakirə edib
Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimli ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Brigget Buşetlə görüşüb.
Mərkəzdən verilən məlumatda bildirilir ki, görüşdə hüquq müdafiəçisi səfirlik rəsmisinə AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun həbsi barədə məlumat verib. Elnur Seyidovun ağır xəstəlikdən əziyyət çəkdiyini deyən hüquq müdafiəçisi Milli Məclisin dagınıq skleroz xəstələrinin həbsxanada qalmasını qadagan edən qanununu da xatıladib. Görüşdə həmçinin, Bakıda və Gəncədə vətəndaşların mülkiyyət hüquqları ilə bağlı son vəziyyətə, sərbəst toplaşmaq azadlıgınn məhdudlaşdırılması və bir sıra məsələlərə toxunulub.
Öz növbəsində ABŞ rəsmisi təmsil etdiyi ölkənin insan hüquqları və demokratiya sahəsində vəziyyəti diqqətdə saxladığını deyib.