ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviç Azərbaycanda reportyor İdrak Abbasa və bir sıra başqa jurnalistlərə bu günkü basqından şoka düşdüyünü bildirib.
D.Miyatoviçin “Turan”a daxil olan bəyanatında deyilir: “Bu şoka salan xəbər Azərbaycanda jurnalistlərin zorakılıq və dözümsüzlük şəraitində fəaliyyət göstərmələrinə şahidlik edir. Hakimiyyət jurnalistlərə basqın edən şəxsləri aşkarlamğa və ciddi cəzalandırmağa borcludur. Nəhayət ki, Azərbaycan hakimiyyəti ölkədə jurnalistlərə qarşı bütün növ zorakılıqlara son qoymaq üçün real addımalr atmalıdır”-deyə D.Miyatoviç qeyd edib.