“Euronews” kanalı da musiqi yarışması öncəsi Azərbaycandakı durumla bağlı reportaj yayımlayıb. Reportajda ölkəmizin “Eurovision”a hazırlığı barədə qısa məlumat verilir. Kanalın əməkdaşı Bakıda keçiriləcək yarışmayla bağlı paytaxt sakinlərinin mövqeyini öyrənib. Ölkəmizdəki insan haqlarının durumuna toxunan “Euronews” qeyd edir ki, Azərbaycan yarışma öncəsi hüquq müdafiəçilərinin hədəfinə çevrilib. Onlar ölkədəki siyasi məhbusların azad olunmasına və mətbuatın azad fəaliyyətinə imkanlar yaradılmasına dair çağırışlar edir.
“Human Rights Watch”un rəsmisi Hyu Uilyamson “Euronews”a açıqlamasında bildirib ki, təşkilat nümayəndələri Avropa Yayım Birliyindən Azərbaycan hakimiyyətiylə açıq danışmağı tələb edib. Onlardan yarışma başlamadan əvvəl siyasi məhbuslar və jurnalistləri azad edib-etməyəcəyiylə bağlı Azərbaycan hakimiyyətinə sual ünvanlamalarını istəyib.
azadliq.info