QOÇ
Gün sakit keçəcək və bundan istifadə edərək gücünüzü bərpa edə bilərsiniz. Çoxdan əlinizə götürdüyünüz layihələri tamamlayaraq bir nəticəyə gələ biləcəksiniz. Günün ikinci yarısında isə əhvalınızın korlanacağı bildirilir. Səbirsiz, əsəbi olacaqsınız. Bunun zərərini isə yaxınlarınız görəcək.
BUĞA
Çətin gündür, kifayət qədər görüləsi işləriniz var. Işdə ciddi problemlərinizin olacağı gözlənilir. Kimlərinsə köməyə gələcəyinə ümid etmək yersizdir. Maliyyə çətinliyi olacağı da ehtimal edilir. Ən yaxın adamınız sizə arxa durmağa çalışacaq, amma bu heç də onda həmişə alınmır.
ƏKIZLƏR
Əgər öhdəsindən tək gələ biləcəksinizsə, onda yeni işlərdən yapışın. Xoşagəlməz təsadüflər istisna edilmir. Alış-verişə çıxa bilərsiniz. Uzunmüddətli biznes-planlarının reallaşması üçün pulunuzu yığın. Xoşlanmadığınız adamla ünsiyyətdən qaçacaqsınız. Bu da qarşı tərəfi qıcıqlandıracaq. Düşmən qazanmaq təhlükəsi də var.
XƏRÇƏNG
Uğurlu gündür. Uğurlarınızı görməmək mümkün deyil. Ehtimal ki, əmək haqqınız və ya vəzifəniz yüksələcək. Günün emosional mənzərəsi də yaxşı olacaq. Əla əhvalınız olacaq deyə, həyatsevərliyinizlə seçiləcəksiniz. Hətta rəğbət etmədiyiniz kəslərlə belə yaxşı dil tapacaqsınız.
ŞIR
Iş çox, zaman isə azdır. Bu üzdən də diqqətinizi cəmləyə bilməyəcəksiniz. Demək olar ki, hər zaman məşğulsunuz. Yaxınların mənəvi dəstəyi sizi ruhlandıracaq. Günün ikinci yarısı böyük məbləğli alış-veriş üçün münasib zamandır.
QIZ
Bu gün tələskənliyə yol verməyin. Bu, uğur qazanmağınıza mane ola bilər. Ayaqüstü verilmiş qərar düzgün olmaya bilər və bunun acı nəticəsini sonradan görəcəksiniz. Evdə və işdə münaqişələr olacağı da istisna deyil. Günün sonuna doğru yorğunluq hiss edəcəksiniz.
TƏRƏZI
Pozitiv tendensiyalar geridə qalacaq. Ehtimal ki, romantik macəranız olacaq. Maliyyə itkisilə üzləşəcəyiniz də gözlənilir. Bu riskin böyük əhəmiyyət kəsb etdiyini də nəzərə alın. Yaxşı olar ki, bu gün borc verməyəsiniz. Günün ikinci yarısında gözlənilməz görüşünüz olacaq.
ƏQRƏB
Gün xoş keçəcək. Bundan istifadə edərək cəsarət tələb edən planlarınızı gerçəkləşdirə bilərsiniz. Gün yeniliklər mənimsəmək baxımından məhsuldardır. Cazibədarsınız və bundan şəxsi problemlərin həlli istiqamətində bəhrələnə bilərsiniz.
OXATAN
Buraxdığınız səhvlərə görə sonradan peşmançılıq hissi keçirəcəksiniz. Həmkarlarla aranızda olan anlaşılmazlığı özünüzə dərd etməyin. Az keçməz, sizin ədalətli olduğunuzu hamı bilər. Gözlədiyinizdən çox işiniz olacaq.
OĞLAQ
Bir sıra planlaşdırdığınız işləri kənara qoyacaqsınız. Buna görə kədərlənməyin. Çünki vaxt gələcək həmin işlərlə özünüz məşğul olacaqsınız. Əmlakla bağlı məsələlərin müzakirəsi, yaxud da şəxsi sənədlərinizin rəsmiləşdirilməsi işlərini həyata keçirmək baxımından əlverişli gündür.
DOLÇA
Uğursuz gündür. Ulduzların sizin üçün hazırladığı sınaqdan keçmək elə də asan olmayacaq. Problemlərinizlə təkbətək qalacaqsınız. Onların həlli yollarını tapmaq əvvəl asan olmayacaq. Maliyyə itkisilə bağlı risk də gözlənilir. Yaxşı olar ki, qaranlıq zamanda adamların çox olduğu məkanlarda olmayasınız.
BALIQLAR
Çox uğurlu gündür. Bürcün bir çox nümayəndələrinin qarşısında yeni qapılar açılacaq. Yaradıcılıq potensialınız yüksək olacaq. Onun sayəsində bir zamanlar həll edilməsi mümkünsüz görünən problemlərin öhdəsindən gələcəksiniz. Mötəbər şəxslərin birindən dəstək alacağınız da ehtimal edilir.

Günün ulduz falı (18.04.12)
•