Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, sentyabrın 22-də Yasamal rayonu ərazisində yaşayan Nurlanə Qarayeva evlərinin eyvanından (9-cu mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırma aparılır.

Bakıda qadın 9-cu mərtəbədən yıxıldı
•


