ulduz fali

Günün ulduz falı (17.04.12)

QOÇ
Çox çətin gün olacaq. Reallaşacağına ümid etdiyiniz planlar gerçəkləşməyəcək. Bunda heç kimi günahkar çıxarmaq olmaz. Sadəcə, arzuların hamısının həyata keçməməsilə barışmalısınız. Əhvalınız korlanacaq.
BUĞA
Ünsiyyət dairəniz genişlənəcək. Gün yeni tanışlıq və görüşlərlə bağlıdır. Köhnə əlaqələri bərpa etmək üçün də münasib gündür. Yaxınlarla isə aranızda fikir ayrılığı ola bilər. Razılaşma əldə edə biləcəksiniz. Bahalı geyim ala bilərsiniz.
ƏKIZLƏR
Sizin üçün böyük əhəmiyyət kəsb edən adamda xoş təəssüratlar yaradacaqsınız. Təşkilatçılıq işləri üçün əlverişli gündür. Bir zamanlar diqqətinizi cəlb etməyən sferaya maraq oyanacaq. Bürcün bəzi nümayəndələri gizli istedadlarını üzə çıxaracaqlar.
XƏRÇƏNG
Gərgin, əsəbi olacaqsınız. Bu səbəbdən də diqqətinizi toplamaqda çətinlik çəkəcəksiniz və nəticədə səhvləriniz olacaq. Bu gün çətin işlərlə məşğul olmaq məsləhət deyil. Ən yaxın adamınızı belə anlaya bilməyəcəksiniz.
ŞIR
Böyük uğurlar sizi gözləyir. Mötəbər şəxslərlə iş birliyi qurmaq baxımından əlverişli gündür. Ehtimal ki, maraqlı işgüzar təklif alacaqsınız. Bir sözlə, “Şir”lərin şan-şöhrət qazanmaq şansı olacaq. Yaxınlarınız nikbinliyinizi dəstəkləyəcək.
QIZ
Işdə fikrinizi cəmləsəniz, yaxşı nəticələr əldə edə bilərsiniz. Yaxşı olar ki, hissləri kənara qoyaraq işə başlayasınız. Rəhbərliklə dil tapmaq çətin olacaq. Mübahisə, fikir ayrılığı baş verə bilər. Ancaq son anda sizi də qane edən şərtləri irəli sürə biləcəksiniz.
TƏRƏZI
Son dərəcə məhsuldar gündür. Istənilən problem və ya işin öhdəsindən asanlıqla gələcəksiniz. Ehtimal ki, yeni təkliflər alacaqsınız. Şəxsi biznesin əsasını qoymaq olar. Səfərə çıxacağınız da gözlənilir.
ƏQRƏB
Həyatınızın yaxşılığa doğru dəyişdiyini hiss edəcəksiniz. Bu gün standart olmasa da çox uğurlu qərarlar verəcəksiniz. Bürcün bir çox nümayəndələrinin arzularının həyata keçəcəyi gözlənilir. Yaxınlarınıza bu gün verdiyiniz məsləhət və təkliflər doğru olacaq.
OXATAN
Işləriniz hamar getməsə də problemlərdən qaça biləcəksiniz. Müşahidəçilik qabiliyyətiniz güclüdür. Yeni müttəfiqlərinizlə əməkdaşlıq barədə müzakirələr apara bilərsiniz. Söhbət əsnasında maraqlı ideyalarınız ola bilər.
OĞLAQ
Sizin üçün asan olmayacaq. Ciddi problemləriniz ola bilər. Onların öhdəsindən gəlib-gəlməyəcəyiniz yalnız özünüzdən asılı olacaq. “Oğlaq”lar bu gün təhsil, elmi-tədqiqat sahəsində uğur qazana bilərlər. Tənhalıqda özünüzü daha yaxşı hiss edəcəksiniz.
DOLÇA
Yetər ki, ürəyinizdə bir arzu tutasınız, bu gün onu gerçəkləşdirmək asan olacaq. Yaxınlarınız sizdən dəstək gözlədiyi kimi, sizin də onları köməyə çağırmağa ehtiyacınız qalmayacaq. Yəni bu müstəvidə qarşılıqlı anlaşma hökm sürəcək. Gözlənilməz hədiyyə də istisna edilmir.
BALIQLAR
Yaxşı olar ki, bu gün tələskənlik tələb etməyən işlərlə məşğul olasınız. Bürcün bəzi nümayəndələri ədəbi yaradıcılıqda istedadlarını üzə çıxaracaqlar. Bunu yaradıcılıq fəaliyyətinin dəyişilməsi kimi anlamaq düzgün olmaz. Sadəcə, sizin yeni hobbiniz meydana çıxacaq və həyatınızı daha maraqlı edəcəksiniz.