24 yaşlı qadının başını kəsdilər

meyit

Tovuzda qadını qətlə yetirən şəxs saxlanılıb.

24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.

Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.

Ailənin iki övladı olub.

***

Tovuz rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayon avtovağzalı ərazisində baş verib.

Tovuz rayonu, Alakol kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı boğazı bıçaqla kəsilərək qətlə yetirilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. (APA)