Hakimiyyət yenə də “zəhmətkeşləri” AXCP sədrinin evinin qabağına yollamağı planlaşdırır
Hakimiyyət AXCP sədir Əli Kərimliyə qarşı növbəti təxribat hazırlayır. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda deyilir ki, hakimiyyət öyrədilmiş adamları Əli Kərimlinin yaşadığı evin önünə yollamağı planalaşdırır. Artıq bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatlarına göstəriş verilib.
Təxribata hətta yanacaqdoldurma məntəqələrinin işçiləri də cəlb olunub.
Görünür, Milli Şuranın 11 və 17 sentyabr mitinqləri hakimiyyəti ciddi narahat edib. Bundan başqa ABŞ Konqresində keçirilən dinləmələrdə Əli Kərimlinin oğlu Türkel Kərimlinin Azərbaycandakı real vəziyyəti diqqətə çatdırması iqtidarın təşvişinə səbəb olub. Hakimiyyət də ənənəvi üsulla Əli Kərimlini mövqeyindən geri çəkilməyə məcbur etmək istəyir.
Xatırladaq ki, aprel döyüşlərindən sonra da Əli Kərimli oxşar təxribatla üzləmişdi. AXCP sədrinin Azərbaycanın silahlı qüvvələrinin işğal olunmuş torpaqların azad etmək məqsədilə keçirdiyi hərbi əməliyyatlara dəstək verməsi, Qarabağı azad edilməsi uğrunda xalqı birliyə çağırması hakimiyyətin narahatlığına səbəb olmuşdu.