“Eurovision” zalı hazır, aparıcılar bəlli

Müsabiqənin aparıcıları da müəyyənləşib

“Eurovision 2012” mahnı müsabiqəsinin keçiriləcəyi zal artıq hazırdır. Bunu bazar ertəsi “Eurovision” hazırlıq prosesi ilə bağlı aparılan işlərin yekunu ilə bağlı keçirilən mətbuat konfransında “Eurovision”-un rəsmi tərəfdaşı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib. Belə ki, bu gün “Kristal zal” təhvil verilib. 20 min tamaşaçı ilin ən önəmli musiqi yarışmasını izləmək imkanı qazanacaq. Bu gündən etibarən şounun hazırlıqlarına başlanılıb. Zalda 80 min işıq diodu, 2500-dən artıq proyektor və Avropada ilk dəfə hərəkətli işıqlardan istifadə olunacaq (ans press).

Artıq may ayında Bakaıda keçiriləcək müsabiqənin aparıcılarının da adları açıqlanıb. Bunlar “Eurovision 2011″in qalibi Eldar Qasımov, Leyla Əliyeva və Nərgiz adlı qızdır.

Xatırladaq ki, Avropa Yayımları Birliyi “Bakı Kristal Zalı”nı Eurovision Mahnı Müsabiqəsi 2012-nin keçiriləcəyi məkan kimi təsdiqləyib.
“Bakı Kristal Zalı”nın yaxınlığında müsabiqədə akkreditasiyadan keçmiş jurnalistlər üçün xüsusi Mətbuat Mərkəzi də inşa olunub. Jurnalistlərin rahat işləyə biləcəyi bu məkan 5000 m2 ərazini əhatə edəcək. Bu, Eurovision Mahnı Müsabiqəsi zamanı indiyədək fəaliyyət göstərən yüksək şəraitli Mətbuat Mərkəzlərindən biri olacaq.
“Eurovision-2012” mahnı müsabiqəsini rəsmi açılış mərasimi isə may ayının 19-da Heydər Əliyev adına İdman konsert kompleksində təşkil ediləcək Euro klubda olacaq.
Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələləri mayın 22-24, finalı isə may ayının 26-da olacaq.